Hüquqi
Hüquqi məlumat
Xidmətlərimizdən istifadə qaydaları, məxfilik və ödəniş şərtləri.
Qüvvəyə minmə tarixi: 21.10.2026
Məxfilik Siyasəti
Müraciət formasında topladığımız şəxsi məlumatlar (ad, telefon, e-poçt, seçdiyiniz ölkə və proqram, təhsil səviyyəsi və qeydiniz) yalnız konsultasiya və universitetə müraciət prosesi üçün istifadə olunur.
Məlumat hansı kanallardan keçir: forma göndərişləri saytın hostinq provayderi Netlify-ın forma xidməti vasitəsilə qəbul edilir və komandamızın e-poçtuna ötürülür. Ziyarət statistikası üçün Google Analytics (GA4) istifadə olunur; bu alət sizi şəxsən tanımır, ümumiləşdirilmiş ziyarət məlumatı toplayır. Onlayn ödəniş Kapital Bank-ın öz ödəniş səhifəsində aparılır: kart məlumatlarınız bu saytdan keçmir və bizdə saxlanmır.
Məlumatlarınız üçüncü tərəflərə yalnız müraciət etdiyiniz universitet və ya konsulluq tələb etdiyi halda təqdim edilir. Marketinq məqsədilə heç bir üçüncü tərəfə satılmır və ötürülmür.
Saxlanma müddəti: müraciət məlumatlarınız sizinlə son əlaqədən sonra 24 ay saxlanılır. Müqavilə bağlanıbsa, mühasibat sənədləri qanunvericiliyin tələb etdiyi müddətə uyğun saxlanılır. Müddət bitdikdə məlumatlar silinir.
Hüquqlarınız: istənilən vaxt məlumatlarınıza baxmağı, düzəliş edilməsini və ya silinməsini tələb edə bilərsiniz. Bunun üçün [email protected] ünvanına yazın; müraciətinizə 30 gün ərzində cavab veririk.
İstifadə Şərtləri
Saytdaki məlumatlar ümumi məlumat xarakteri daşıyır; universitetlərin qəbul şərtləri illik olaraq dəyişə bilər.
Xidmətin əhatə dairəsi, müddəti və qiyməti tərəflər arasında imzalanan yazılı müqavilə ilə müəyyən edilir.
Geri Ödəniş Siyasəti
Xidmət başlamazdan əvvəl ləğv edildiyi halda ödəniş tam həcmdə qaytarılır.
Sənədləşmə və ya müraciət prosesi başladıqdan sonra görülmüş işin həcminə uyğun hesablama aparılır. Konsulluq rüsumları geri qaytarılmır.
Ödəniş Siyasəti
Ödənişlər onlayn kart vasitəsilə və ya bank köçürməsi ilə qəbul edilir. Ödənişin təsdiqi bank tərəfindən göstərilir.
Xidmət haqqı müqavilədə göstərilən mərhələlərə uyğun hissə-hissə ödənilə bilər.
Sual ver
Queens Education by Upath Group