Səhifənin tam interaktiv versiyası üçün JavaScript lazımdır; mətn aşağıda göstərilir.
Queens Education by Upath Group Queens Education by Upath Group

az en ru

Konsultasiya
← Bütün məqalələr

Ölkələr / 7 dəq oxu

Böyük Britaniyada universitetə necə qəbul olunmaq olar? UCAS prosesi bələdçisi

Böyük Britaniyada universitetə necə qəbul olunmaq olar? UCAS prosesi bələdçisi

Böyük Britaniyaya sənəd təqdim etməyi düşünən tələbələrin demək olar hamısı eyni sualla başlayır: UCAS sistemi dəqiq necə işləyir? Bu bələdçidə prosesin bütün mərhələlərini və ən çox buraxılan səhvləri sadə dildə izah edirik.

Böyük Britaniyada demək olar bütün bakalavr proqramlarına müraciət mərkəzi bir platforma, UCAS vasitəsilə aparılır. Yəni universitetlərə ayrı-ayrı sənəd göndərmək əvəzinə, tək bir hesab açır və eyni profil üzərindən beşə qədər proqrama müraciət edə bilirsiniz. Bu rahatlıq bəzən tələbələri arxayın salır, amma hər proqramın öz tələbləri fərqli ola bilər, ona görə hər seçimi ayrıca araşdırmaq lazımdır.

UCAS müraciətinin ən çox diqqət tələb edən hissəsi şəxsi bəyanatdır (personal statement). Qəbul komissiyası burada sizin fənnə həqiqi marağınızı, indiyə qədər etdiyiniz araşdırma və ya layihələri görmək istəyir. Bizim təcrübəmizdə ən çox buraxılan səhv ümumi, hər universitetə uyğun gələ biləcək bir mətn yazmaqdır, halbuki güclü bəyanat konkret nümunələr və şəxsi təcrübəyə əsaslanır.

Akademik tərəf üzrə çoxu universitet sizə hələ imtahan nəticələriniz hazır olmadan şərtli təklif (conditional offer) göndərir, yəni tələb olunan nəticələri əldə etsəniz yer sizindir. İngilis dili tələbi adətən IELTS bal həddi ilə müəyyənləşir, amma bu həddə çatmayan tələbələr üçün bir çox universitet hazırlıq ili (foundation year) təklif edir, bu da birbaşa qəbul şərtlərini ödəməyən tələbələr üçün əla alternativdir.

Təklifi qəbul etdikdən sonra son addım vizadır. Universitet sizə CAS (Confirmation of Acceptance for Studies) adlanan bir sənəd verir, Tələbə vizası (Student Route) müraciəti məhz bu sənəd əsasında aparılır. Bizim məsləhətimiz budur: viza müraciətini kursun başlama tarixindən uzaq buraxmayın, çünki randevu tarixləri müəyyən mövsümlərdə sürətlə dolur.

Daxildir

  • ◆UCAS hesabı və şəxsi bəyanat (personal statement)
  • ◆Attestat nəticələri və proqnozlaşdırılan bal
  • ◆İngilis dili sertifikatı (IELTS UKVI və ya ekvivalent)
  • ◆CAS sənədi və Tələbə vizası (Student Route) müraciəti

Məlumat və xəbərlər

Planlama Xaricdə təhsilə nə vaxt hazırlaşmağa başlamalı? 18 aylıq təqvim → Müraciət Universitet siyahısını necə qurmalı? Arzu, real və ehtiyat seçimlər → Ölkələr Xaricdə təhsil üçün ölkəni necə seçməli? → Müraciət Hazırlıq ili (foundation) nədir və kimə lazımdır? → Tələbə həyatı Yataqxana, yoxsa kirayə ev? Xaricdə yaşayış yerini necə seçməli → Viza Tələbə vizası müsahibəsində ən çox buraxılan 5 səhv → IELTS 3 ayda IELTS 7.0: real və işlək tədris planı → Sənədləşmə Sənədlərin leqallaşdırılması və apostil: xaricdə təhsil üçün tam bələdçi → İxtisas seçimi Xaricdə hansı ixtisası seçməlisiniz? Tələb olunan sahələrə baxış → Müraciət Güclü motivasiya məktubu necə yazılır: addım-addım struktur → Karyera Məzunlar üçün iş icazəsi: ölkələr üzrə müqayisə → Universitetlər King's College London: qəbul şərtləri və müraciət bələdçisi → İmtahanlar IELTS, TOEFL və ya Duolingo: hansı ingilis dili imtahanını seçməlisiniz? →
Queens Education by Upath Group
Unpacking...