Səhifənin tam interaktiv versiyası üçün JavaScript lazımdır; mətn aşağıda göstərilir.
Queens Education by Upath Group Queens Education by Upath Group

az en ru

Konsultasiya
← Bütün məqalələr

Ölkələr / 5 dəq oxu

Xaricdə təhsil üçün ölkəni necə seçməli?

Xaricdə təhsil üçün ölkəni necə seçməli?

"Ən yaxşı ölkə hansıdır?" sualının hamı üçün eyni cavabı yoxdur. Qərarı asanlaşdıran beş meyarı və onları hansı ardıcıllıqla tətbiq etməyi izah edirik.

İlk görüşdə ən çox eşitdiyimiz sual budur: xaricdə oxumaq üçün ən yaxşı ölkə hansıdır? Düzü, belə bir ölkə yoxdur. Bir tələbə üçün ideal olan yer başqası üçün səhv seçim ola bilər, çünki məqsəd, büdcə və xarakter fərqlidir. Ona görə cavabı ölkədən yox, tələbədən başlayaraq axtarırıq.

Birinci meyar məqsəddir. Təhsildən sonra nə etmək istəyirsiniz: həmin ölkədə qalıb işləmək, Azərbaycana qayıtmaq, yoxsa akademik karyera qurmaq? Qalıb işləmək istəyən üçün məzunlara verilən iş icazəsi və əmək bazarı önəmlidir. Qayıtmağı planlaşdıran üçün isə diplomun burada necə tanındığı və işəgötürənlərin ona münasibəti daha vacibdir.

İkinci meyar büdcədir və burada yalnız təhsil haqqına baxmaq yanıldır. Bəzi ölkələrdə təhsil ucuz, yaşayış bahadır. Bəzilərində isə təhsil haqqı yüksək olsa da, proqram qısa olduğu üçün ümumi xərc gözləniləndən az çıxır. Ailənin bütün təhsil müddəti üçün ayıra biləcəyi məbləği hesablayın və ölkələri bu məbləğlə müqayisə edin.

Üçüncü meyar dildir. İngiliscə proqramların seçimi hər ölkədə eyni deyil, yerli dili bilmədən isə gündəlik həyat və iş tapmaq çətinləşə bilər. Dördüncü meyar qəbul şərtləridir: bəzi ölkələrdə attestatla birbaşa bakalavra qəbul olmaq mümkündür, bəzilərində isə əvvəlcə hazırlıq ili tələb olunur. Bu, həm vaxta, həm də büdcəyə təsir edir.

Beşinci meyar çox vaxt unudulur: tələbənin özü. Böyük və səs-küylü şəhərdə özünü rahat hiss edən də var, kiçik universitet şəhərciyində daha yaxşı oxuyan da. İqlim, evdən uzaqlıq, həmin ölkədə tanışların olub-olmaması kimi sadə görünən şeylər ilk ilin necə keçəcəyinə ciddi təsir göstərir. Bizim müşahidəmizə görə ilk ildə çətinlik çəkən tələbələrin problemi çox vaxt dərslərlə yox, uyğunlaşma ilə bağlı olur.

Bizim məsləhətimiz sadədir: iki və ya üç ölkə seçin və hər birini bu beş meyar üzrə yan-yana yazın. Kağız üzərində müqayisə çox vaxt qərarı özü göstərir. Viza və iş icazəsi qaydaları vaxtaşırı dəyişdiyi üçün son qərardan əvvəl güncəl şərtləri yoxlayın. Komandamız məqsədinizə və büdcənizə uyğun ölkəni seçməkdə sizə kömək edir.

Daxildir

  • ◆Məqsəd: qalıb işləmək, qayıtmaq və ya akademik karyera
  • ◆Büdcə: təhsil haqqı və yaşayış xərci birlikdə
  • ◆Dil: ingiliscə proqramlar və yerli dilin rolu
  • ◆Qəbul şərtləri və hazırlıq ilinə ehtiyac
  • ◆Tələbənin xarakteri: şəhər, iqlim və evdən uzaqlıq

Məlumat və xəbərlər

Planlama Xaricdə təhsilə nə vaxt hazırlaşmağa başlamalı? 18 aylıq təqvim → Müraciət Universitet siyahısını necə qurmalı? Arzu, real və ehtiyat seçimlər → Müraciət Hazırlıq ili (foundation) nədir və kimə lazımdır? → Tələbə həyatı Yataqxana, yoxsa kirayə ev? Xaricdə yaşayış yerini necə seçməli → Ölkələr Böyük Britaniyada universitetə necə qəbul olunmaq olar? UCAS prosesi bələdçisi → Viza Tələbə vizası müsahibəsində ən çox buraxılan 5 səhv → IELTS 3 ayda IELTS 7.0: real və işlək tədris planı → Sənədləşmə Sənədlərin leqallaşdırılması və apostil: xaricdə təhsil üçün tam bələdçi → İxtisas seçimi Xaricdə hansı ixtisası seçməlisiniz? Tələb olunan sahələrə baxış → Müraciət Güclü motivasiya məktubu necə yazılır: addım-addım struktur → Karyera Məzunlar üçün iş icazəsi: ölkələr üzrə müqayisə → Universitetlər King's College London: qəbul şərtləri və müraciət bələdçisi → İmtahanlar IELTS, TOEFL və ya Duolingo: hansı ingilis dili imtahanını seçməlisiniz? →
Queens Education by Upath Group
Unpacking...